...

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması beynəlxalq turnirdə qüvvəsini sınayacaq

İdman Materials 15 Noyabr 2012 14:25 (UTC +04:00)
17 noyabr 2012-ci il tarixdə Belarusun paytaxtı Minsk şəhərində Olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr olunmuş XIX beynəlxalq turnir keçiriləcək.
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması beynəlxalq turnirdə qüvvəsini sınayacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

17 noyabr 2012-ci il tarixdə Belarusun paytaxtı Minsk şəhərində Olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr olunmuş XIX beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 10 ölkənin iştirakı gözlənilir. Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxstan, Fransa, Gürcüstan, ABŞ, Polşa və Belarus komandaları turnirin qalibi olmaq uğrunda mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə yığma komandanın böyük məşqçisi Şaban Donatın rəhbərliyi altında turnirdə ölkəmizi 7 güləşçi təmsil edəcək. Heyətdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq), Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti