...

"Old Trafford"da Aleks Ferqyussonun abidəsinin açılışı olub

İdman Materials 24 Noyabr 2012 11:23 (UTC +04:00)
İngiltərənin Mançester şəhərində "Mançester Yunayted" futbol klubunun əvəzedilməz baş məşqçisi Aleks Ferqyussonun abidəsinin açılışı olub.
"Old Trafford"da Aleks Ferqyussonun abidəsinin açılışı olub

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

İngiltərənin Mançester şəhərində "Mançester Yunayted" futbol klubunun əvəzedilməz baş məşqçisi Aleks Ferqyussonun abidəsinin açılışı olub.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, komandanın ev oyunlarını keçirdiyi "Old Trafford" stadionunun "Ser Aleks Ferqyusson" tribunasının girişində ucaldılan abidənin hündürlüyü 2,75 metrdir.

Abidə şotland mütəxəssisin 25 ildən artıq kluba və şəhərə göstərdiyi xidmətlərə görə minnətdarlığın töhfəsidir. Ferqyusson heykəldə cavan yaşlarında təsvir olunub.

Buna qədər oxşar şərəfə Mett Basbi, Corc Best, Dennis Lou və Bobbi Çarlton layiq görülüblər.

Qeyd edək ki, Ser Aleks Ferqyusson "Qırmızı şeytanlar"ı çalışdırdığı 26 il ərzində 12 dəfə ölkə çempionu titulunu, 5 dəfə İngiltərə kubokunu və 2 dəfə Avropa çempionlar kubokunu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti