...

"Qalatasaray" Bakıya gəlir (FOTO)

İdman Materials 8 Dekabr 2012 12:58 (UTC +04:00)
Türkiyədə olduğu qədər Azərbaycanda da geniş azarkeş kütləsinə malik "Qalatasaray" klubu Bakıda rəsmi geyim dükanının açılışını edəcək.
"Qalatasaray" Bakıya gəlir (FOTO)

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Türkiyədə olduğu qədər Azərbaycanda da geniş azarkeş kütləsinə malik "Qalatasaray" klubu Bakıda rəsmi geyim dükanının açılışını edəcək.

Trend-in məlumatına görə, dekabrın 9-dan etibarən Bakı sakinləri Azadlıq prospekti, 99 ünvanında yerləşən "Gstore" mağazasından klubun orijinal geyimlərini əldə edə bilərlər.

"Qalatasaray" klubunun tanınmış şəxslərinin iştirak edəcəyi rəsmi açılış isə dekabrın 13-də keçiriləcək.

Açılışda klubun vitse-prezidenti Abdurrahim Albayrakın iştirak edəcəyi gözlənilir.

Tarixi açılış günü sarı-qırmızılılara gözlənilməz süprizlər təqdim ediləcək.

Qeyd edək ki, tarixi günlə bağlı sosial şəbəkələrdə və Galatasaraybaku.com saytında maraqlı yarışma həyata keçirilib. Yarışma zamanı 3 suala doğru cavab verən şəxslərə hədiyyələrin veriləcəyi ilə bağlı öncədən elanlar yayımlanıb. Yarışmada iştirak edən və suallara doğru cavab verən şəxslər açılış günü Abdurrahim Albayrak tərəfindən mükafata layiq görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti