...

Arda Turan "İnter"ə gedə bilər

İdman Materials 15 Dekabr 2012 12:37 (UTC +04:00)
İspaniyanın "Mundo Deportivo" qəzeti "Atletiko Madrid"in türk oyunçusu Arda Turanın İtaliyanın "İnter" klubuna transfer ediləcəyi iddiasını irəli sürüb.
Arda Turan "İnter"ə gedə bilər

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

İspaniyanın "Mundo Deportivo" qəzeti "Atletiko Madrid"in türk oyunçusu Arda Turanın İtaliyanın "İnter" klubuna transfer ediləcəyi iddiasını irəli sürüb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəzet yazır ki, "İnter" komandadan ayrılacağı demək olar ki, dəqiqləşən Uesli Sneyderin yerinə Arda Turanı gətirmək niyyətindədir.

Türk futbolçu üçün Milan klubunun 18 milyon avro verəcəyi bildirilir.

Xəbərdə, həmçinin "Çelsi" və "Liverpul"un da Arda üçün transfer cəhdləri edə biləcəyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti