Azərbaycan, Bakı, 10 yanvar /Trend/
Azərbaycanın futzal üzrə millisinin heyəti açıqlanıb.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 22-dən fevralın 2-dək Rusiyanın paytaxtı Moskva şəhərində təlim-məşq toplanışı keçirəcək futzal üzrə Azərbaycan yığmasının heyətinə Marat Salyanski, Buranello Laercio, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Ribeyro Felipe, Dantas Jadder, Maşado Santos, İlkin Hacıyev, Fərid Atakişiyev, Seymur Məmmədov, Tural Qurbanov və Əskər Abbasov dəvət edilib.