...

Kasilyas "Mançester Yunayted"ə qarşı oyunları buraxa bilər

İdman Materials 24 Yanvar 2013 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində "Valensiya"ya qarşı kelçirilən oyunda zədələnən Madridin "Real" futbol klubunun qapıçısı İker Kasilyasın müalicəsi 6 həftədən 3 ayadək uzana bilər.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, həmin oyunda sol əlindən zədələnən qapıçının müalicə prosesinin 2 həftə davam edəcəyi bildirilirdi.

Lakin bu gün tibbi müayinədən keçən Kasilyasın zədəsinin ciddi olduğu məlum olub. İspaniyalı çərçivə qoruyucusu bir neçə gündən sonra yenə müayinədən keçəcək.

Əgər zədə ciddiliyini saxlayarsa, o, Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Mançester Yunayted" klubuna qarşı keçiriləcək hər iki görüşü buraxacaq.

Komandalar arasında ilk oyun fevralın 13-də Madriddə, təkrar matç isə martın 5-də Mançesterdə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti