Azərbaycan, Bakı, 25 yanvar /Trend/
İspaniyanın "Real" (Madrid) komandası zədəli İker Kasilyası əvəz edəcək qapıçının axtarışına başlayıb.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, madridlilər yaxın günlərdə yeni qapıçını heyətinlərinə qatmaq niyyətindədirlər.
Əsas namizəd kimi isə "Osasuna"nın qapıçısı Andres Fernandes göstərilir. Onun transfer qiyməti 9 milyon avro dəyərində qiymətləndirilir. Bu transfer baş tutmasa, "Real" Roberto Qaqo ("Saraqosa") və Julio Sezar ("KPR") ilə danışıqlara başlayacaq.