Azərbaycan, Bakı, 13 mart /Trend/
Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turuna yekun vurulub.
Trend-in məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib. "Qəbələ" doğma meydanda "İnter"i qəbul edib. Artıq 1-ci hissədə Asif Məmmədov və Yuri Fomenkonun qolları ilə "İnter" 2 top fərqi ilə önə keçib. 62-ci dəqiqədə qəbələlilər hesab arasındakı fərqi azaldıblar (1:2). Matçda başqa qol olmayıb.
Digər görüşdə isə "Kəpəz" AZAL-ı qəbul edib. Oyun 1:3 hesabı ilə təyyarəçilərin xeyrinə başa çatıb. Qollar: Junior Nildo, 18 (0:1), 30-pen (0:2), Viktor İqbekoyu, 46 (0:3), Fərid Qulyev, 54 (1:3).