...

Arda Turan: Formamda "Azərbaycan" yazısını daşımağım qürurvericidir (FOTO)

İdman Materials 29 Aprel 2013 19:53 (UTC +04:00)
"Atletiko" klubunun formasında "Azərbaycan" yazısının olması mənim üçün digərlərindən fərqli bir məna daşıyır.
Arda Turan: Formamda "Azərbaycan" yazısını daşımağım qürurvericidir (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

"Atletiko" klubunun formasında "Azərbaycan" yazısının olması mənim üçün digərlərindən fərqli bir məna daşıyır. Bu, mənim üçün qürurvericidir. Trend-in məlumatına görə, bunu İspaniyanın "Atletiko" (Madrid) klubunun aparıcı futbolçularından olan Arda Turan bazar ertəsi Bakıda keçirilən mətbuat konfransında bildirib.

Futbolçu deyib ki, İspaniyanın aparıcı klubunun formasında "Azərbaycan" sözlərinin yazdırılması böyük işdir.

O, Bakıda olmaqdan məmnunluğunu ifadə edib.

"Bir millət, iki dövlət" olaraq, Bakıda özümü evdəki kimi hiss edirəm", - türkiyəli futbolçu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti