...

Dieqo Simeone: "Atletiko" Bakıya qələbə üçün gəlib

İdman Materials 29 Aprel 2013 20:04 (UTC +04:00)
İspaniyadan Bakıya gələn futbolçular yalnız qələbə üçün gəliblər. Trend-in məlumatına görə, bunu İspaniyanın "Atletiko" (Madrid) futbol klubunun baş məşqçisi Dieqo Simeone bazar etəsi Bakıda keçirilən mətbuat konfransında bildirib.
Dieqo Simeone: "Atletiko" Bakıya qələbə üçün gəlib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

İspaniyadan Bakıya gələn futbolçular yalnız qələbə üçün gəliblər. Trend-in məlumatına görə, bunu İspaniyanın "Atletiko" (Madrid) futbol klubunun baş məşqçisi Dieqo Simeone bazar etəsi Bakıda keçirilən mətbuat konfransında bildirib.

"Tamaşaçının oyun barədə zövqü müxtəlif ola bilər, lakin biz sabahkı oyuna bir oyun kimi baxırıq", - baş məşqçi deyib.

Simeone Azərbaycana gəlməkdən şərəf hissi duyduğunu bildirib və buradakı qonaqpərvərliyi xüsusi qeyd edib.

"Sabah Azərbaycan futbolçuları ilə olan oyuna böyük marağımız var və güman edirik ki, tamaşaçılar üçün də maraqlı futbol nümayiş olunacaq", - Simeone deyib.

Qeyd edək ki, sabah Bakıda Madridin "Atletiko" klubu ilə Azərbaycan ulduzları qarşılaşacaq.

"Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov isə mətbuat konfransında bildirib ki, Azərbaycanın gənc futbolçuları üçün "Atletiko"nun bazasında futbol dərsləri keçiriləcək: "Ümid edirik ki, gələcəkdə Azərbaycanın gənc futbolçuları "Atletiko" klubunun bazasında futbolun sirlərini öyrənəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti