...

"Tour d`Azerbaidjan" beynəlxalq velosiped yarışının üçüncü mərhələsinə start verilib (FOTO)

İdman Materials 3 May 2013 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir C.Ələkbərov/

Mayın 3-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped yarışının üçüncü mərhələsinə start verilib.

Trend-in verdiyi xəbərə görə, üçüncü tur "Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ" marşrutu üzrə hərəkət edəcək. Qəbələ Rayon İcra Hakimiyyəti qarşısından start götürən idmançılar ümumilikdə 165 kilometr məsafə qət edəcəklər.

Xatırladaq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş velosiped turu 5 mərhələdən ibarət olmaqla Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ərazisində keçirilir. Qeyd edək ki, "Tour d'Azerbaïdjan" UCI Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.

Dördüncü mərhələ mayın 4-də "Qəbələ - Şamaxı" marşrutunda davam edəcək. Velosipedçilər 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti