...

Fransanın “PSJ” klubu Kriştianu Ronaldoya görə 100 milyon avro ödəməyə hazırdır

İdman Materials 16 May 2013 10:51 (UTC +04:00)
Fransanın “Pari Sen-Jermen” (PSJ)klubunun rəhbərliyi İspaniyanın “Real” klubunun oyunçusu Kriştianu Ronaldoya görə 100 milyon avrodan keçməyə hazırdır.
Fransanın “PSJ” klubu Kriştianu Ronaldoya görə 100 milyon avro ödəməyə hazırdır

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Tanrıverdiyev/

Fransanın "Pari Sen-Jermen" (PSJ)klubunun rəhbərliyi İspaniyanın "Real" klubunun oyunçusu Kriştianu Ronaldoya görə 100 milyon avrodan keçməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Fransa KİV-i xəbər yayıb.

Eyni zamanda parislilər klubun baş məşqçısı Karlo Ançelottini buraxmağa hazırdılar. Məhz Madrid klubu bu məşqçini əldə etmək istəyir. Beləliklə hər iki tərəf danışıqlarda maraqlı olacaq.

"PSJ" rəhbərliyi hesab edir ki, ola bilsin ki,"Real" Ançilottinin alınması müqabilində öz əsas "ulduz"unu satmağa hazır olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti