...

Ançelotti gələn ay "Real"ın baş məşqçisi kimi təqdim ediləcək

İdman Materials 23 May 2013 18:34 (UTC +04:00)
İspaniyanın "Real" (Madrid) komandasının prezidenti Florentino Peres iyunun 3-də Karlo Ançelottini klubun baş məşqçisi qismində təqdim etmək niyyətindədir.
Ançelotti gələn ay "Real"ın baş məşqçisi kimi təqdim ediləcək

Azərbaycan, Bakı, 23 may /Trend/

İspaniyanın "Real" (Madrid) komandasının prezidenti Florentino Peres iyunun 3-də Karlo Ançelottini klubun baş məşqçisi qismində təqdim etmək niyyətindədir.

Trend-in "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin məşqçilər korpusuna Zinəddin Zidan da daxil olacaq.

İyunun 2-də "Real" "Osasuna" ilə mövsümün son oyununu keçirəcək. Bundan sonra klubun Direktorlar Şurasının yeni prezident haqqında qərarı səsləndiriləcək. Bu vəzifəyə yalnız Peres iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti