...

Ançelotti "Real"a keçidinə görə PSJ-yə 2 milyon avro ödəməyə hazırdır

İdman Materials 7 İyun 2013 15:26 (UTC +04:00)
Fransanın PSJ klubu müqavilənin vaxtından əvvəl pozulmasına görə 4 milyon avro əldə edərsə, klubun baş məşqçisi Karlo Ançelotti "Real"a rəhbərlik edə biləcək.
Ançelotti "Real"a keçidinə görə PSJ-yə 2 milyon avro ödəməyə hazırdır

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Fransanın PSJ klubu müqavilənin vaxtından əvvəl pozulmasına görə 4 milyon avro əldə edərsə, klubun baş məşqçisi Karlo Ançelotti "Real"a rəhbərlik edə biləcək. Bu barədə Trend "Marca" qəzetinə istinadən məlumat verir.

53 yaşlı məşqçi artıq bu məbləğin yarısını öz üzərinə götürməyə hazır olduğunu bildirib. Qalan iki milyon avronu isə Madridin "Real" klubu ödəyəcək.

Tərəflər danışıqları bu həftənin sonuna kimi yekunlaşdırmaq niyyətindədir. Belə olan halda Ançelotti öz ad günündə, iyun ayının 10-da "Real"ın baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, daha əvvəl PSJ-nin idman drektoru Leonardo bildirmişdi ki, klub Ançelottini baş məşqçi postunda saxlamaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti