...

Madrid “Real”ına baş məşqçi təyin edilib

İdman Materials 25 İyun 2013 15:45 (UTC +04:00)
Karlo Ançelotti Madridin “Real” futbol klubunun baş məşqçisi təyin olunub.
Madrid “Real”ına baş məşqçi təyin edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Karlo Ançelotti Madrid "Real" futbol klubunun baş məşqçisi təyin olunub. Trend-in "RİA Novosti" saytına istinadən verdiyi məlumata görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Ançelotti bu postda daha əvvəl London təmsilçisi "Çelsi"yə keçən Joze Mourinyonu əvəz edib.

Öz növbəsində, Loran Blan Fransanın "Pari Sen Jermen" klubuna Karlo Ançelottinin yerinə baş məşqçi təyin edilib.

Fransa klubu 47 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalayıb.

Blanın rəhbərlik etdiyi dövrdə Fransa millisi 2012-ci il Avropa çempionatında dördə bir finala qədər irəliləyib ki, burada da İspaniya yığmasına məğlub olub.

Ançelottinin rəhbərliyi altında "PSJ" ötən mövsüm Fransa çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti