...

"Barselona" Tiaqo Silvaya görə 32 milyon avro təklif edir

İdman Materials 3 İyul 2013 15:45 (UTC +04:00)
İspaniyanın "Barselona" klubu müdafiəçi Tiaqo Silvanın transferi ilə bağlı Fransanın PSJ klubuna təklif göndərib.
"Barselona" Tiaqo Silvaya görə 32 milyon avro təklif edir

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İspaniyanın "Barselona" klubu müdafiəçi Tiaqo Silvanın transferi ilə bağlı Fransanın PSJ klubuna təklif göndərib. Bu barədə Trend İspaniya KİV-ə istinadən məlumat verir.

Braziliya millisinin kapitanına görə Kataloniya təmsilçisi Fransa klubuna 32 milyon avro təklif edir.

Bu, ötən il fransızların 28 yaşlı futbolçunun transferinə görə İtaliyanın "Milan" klubuna ödədiyi məbləğdən 10 milyon avro azdır. Eyni zamanda, "Barselona" ehtiyac olduğu təqdirdə bu məbləği bir qədər də artıra bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti