Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/
Olimpiya Oyunlarının təməlinin qoyulduğu 5 ilk idman növündən biri olan güləş Olimpiya proqramından çıxarıla bilməz. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın idman və gənclər naziri Məhəmməd Abbasinin Azərbaycan və İranın güləşin bir idman növü kimi Olimpiya Oyunlarından çıxarılmaması üçün öz güclərini birgə səfərbər etmələrinə dair təkilifinə münasibət bildirərkən gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycana bir neçə ölkə müraciət edib:
"Güləşin idman növü kimi Olimpiya Oyunlarından çıxarılmaması üçün həm İran, həm Rusiya, həm də ABŞ tərəfindən həm nazirliklər, həm federasiyalar, həm də Olimpiya komitələri səviyyəsində bizə çoxlu məktublar daxil olub. Azərbaycan tam şəkildə güləşin Olimpiya idman növü kimi qalmasını dəstəkləyir və bu istiqamətdə addım atmağa hazırdır".
Nazir onu da qeyd edib ki, güləş Azərbaycan üçün çox vacibdir: "Çünki bu bizim tarixi idman növümüzdür".