...

Qurban Qurbanov "Gefle" ilə oyunöncəsi cəzalandırıldı

İdman Materials 6 Avqust 2013 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

AFFA İntizam Komitəsi bu gün keçirdiyi iclasda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova cəza kəsib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Ağdam klubunun çalışdırıcısının Premyer Liqanın avqustun 4-də keçirilən I turunun "İnter" - "Qarabağ" matçının 90-cı dəqiqəsində texniki zona qaydalarını pozması səbəb olub.

AFFA bu səbəbdən baş məşqçini bir oyunluq cəzalandırıb, klub 1000 manat cərimə olunub.

Qeyd edək ki, Q.Qurbanov futbolçusu Riçard Almeyda başından zədə alarkən baş hakim Rəhim Həsənovun həkimləri meydana gec buraxması səbəbindən belə addım atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti