...

Qurban Qurbanov: Almaniyaya məğlub olmağa getməyəcəyik

İdman Materials 22 Avqust 2013 23:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir M.Əliyev/

Almaniyaya məğlub olmağa getməyəcəyik. Trend-in məlumatına görə, bu barədə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda "Ayntraxt"la oyundan sonrakı mətbuat konfransında bildirib.

"Cavab oyununda ən azından bu oyundan daha sərbəst, daha yaxşı oyun göstərməyə çalışacağıq", - o deyib.

Qurbanov bildirib ki, ilk dəqiqələrdə olan diqqətsizlik qolun buraxılmasına səbəb oldu: "Nəzərə almaq lazımdır ki, Bundesliqa komandasına qarşı oynayırdıq. Belə bir komandanın Azərbaycana gəlməsinin özü də müsbət haldır. Cərimə meydançasında rəqib çox təhlükəli idi".

Baş məşqçi öz məyusluğunu da dilə gətirib: "İndiyədək məğlubiyyətə bu qədər məyus olmamışdım, çünki ölkənin hər yerindən oyuna baxmağa gəlmişdilər. Bu hər birimiz üçün bir təcrübə oldu. Bu gün texniki səflərimiz həddən artıq çox oldu, lakin hər bir oyunçunun mübarizliyindən razıyam".

Qurbanov həmçinin qeyd edib ki, Reynaldonun yoxluğu belə bir rəqibə qarşı oyunda hiss olundu, komandanın oyun sürəti aşağı düşdü.

Eyni zamanda Q.Qurbanov Azəbaycanın yaxşı gənc nəsil futbolçularının yetişdiyini bildirib: "Sumqayıtda ötən oyuna baxanda 2-3 yaxşı gənc futbolçu gördüm, adlarını çəkməsəm də onların yaxşı futbolçu kimi yetişəcəyini düşünürəm".

Xəbər lenti

Xəbər lenti