...

İtaliya Dünya Çempionatına vəsiqəni təmin etdi

İdman Materials 11 Sentyabr 2013 02:26 (UTC +04:00)
Bu gün Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
İtaliya Dünya Çempionatına vəsiqəni təmin etdi

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bu gün futbol üzrə Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Trend-in məlumatına görə, B qrupunda mübarizə aparan İtaliya Çexiyanı qəbul edib. Ev sahibləri 2:1 hesabı ilə qələbə qazanaraq DÇ-yə vəsiqəni təmin ediblər.

C qrupunda Almaniya, E qrupunda isə İsveçrə səfərdə qazandıqları qələbələrlə mövqelərini qoruyublar.

Millimizin də yer aldığı F qrupunda isə İsrail yığmasının DÇ-nin final mərhələsinə yüksəlmək üçün son ümidləri də demək olar ki, puça çıxıb. Belə ki, Rusiyaya 1:3 hesabı ilə məğlub olan İsrail millisi qrupda ikinci yeri tutan Portuqaliyadan 5 xal geridədir.

H qrupunda Ukrayna İngiltərə və Monteneqro ilə gərgin mübarizəni davam etdirir.

Bu gün keçirilən bütün oyunların nəticələri:

A qrupu

Makedoniya - Şotlandiya - 1:2
Uels - Serbiya - 0:3

B qrupu

Ermənistan - Danimarka - 0:1
Malta - Bolqarıstan - 1:2
İtaliya - Çexiya - 2:1

C qrupu

Qazaxıstan - İsveç - 0:1
Farer adaları - Almaniya - 0:3
Avstriya - İrlandiya - 1:0

D qrupu

Rumıniya - Türkiyə - 0:2
Macarıstan - Estoniya - 5:1
Andorra - Niderland - 0:2

E qrupu

Norveç - İsveç - 0:2
Kipr - Sloveniya - 0:2
İslandiya - Albaniya - 2:1

F qrupu

Rusiya - İsrail - 3:1
Lüksemburq - Şimali İrlandiya - 3:2

G qrupu

Litva - Lixtenşteyn - 2:0
Slovakiya - Bosniya və Herseqovina - 1:2
Yunanıstan - Latviya - 1:0

H qrupu

San Marino - Polşa - 1:5
Ukrayna - İngiltərə - 0:0

I qrupu

Gürcüstan - Finlandiya - 0:1
Belarus - Fransa - 2:4

Xəbər lenti

Xəbər lenti