Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
"Milan"ın forvardı Mario Balotelli yatıb qaldığından ölkənin inteqrasiya məsələləri naziri xanım Sesile Kenqenin İtaliya millisinin üzvləri ilə keçirdiyi görüşdə iştirak edə bilməyib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, qəbulda İtaliyada irqçilik problemini müzakirə etmək planlaşdırılırdı.
S.Kenqe deyib ki, görüşdə iştirak etmək mütləq deyildi: "Əlbəttə ki, Balotelli ilə görüşmək istərdim, lakin yığmanın digər üzvlərini də görmək vacib idi".