...

Dünya çempionatında Azərbaycanın 4 boksçusu medal qazanacaq

İdman Materials 13 Sentyabr 2013 18:19 (UTC +04:00)
Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub. Azərbaycan milli komandasının 4 üzvü yarımfinala vəsiqə qazanaraq yarışın medallarını təmin ediblər.
Dünya çempionatında Azərbaycanın 4 boksçusu medal qazanacaq

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub. Azərbaycan milli komandasının 4 üzvü yarımfinala vəsiqə qazanaraq yarışın medallarını təmin ediblər.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Hüseynov finlandiyalı Məhəmməd Abdilrassonu məğlub edərək yarımfinala vəsiqə qazanıb - 2:1 (30:26, 30:24, 27:29). Həmyerlimiz finala gedən yolda koreyalı Janq Byeonqhee ilə üz-üzə gələcək.

Hüseyn Tarverdili (70 kq) də ¼ final çərhələsini qələbə ilə başa vurub. Boksçumuz slovakiyalı Andrey Riqonu yarışdan kənarlaşdırıb - 3:0 (30:27, 30:27, 30:27). Millimizin üzvü yarımfinalda ukraynanı təmsil edən Ramil Hacıyevlə qarşılaşacaq.

Həmçinin, Şükran Mehdiyev (80 kq) dünya birinciliyinin medalını özünə təmin edib. Azərbaycan idmançısı ¼ finalda ABŞ nümayəndəsi Suray Mahmutoviç üzərində qələbə qazanıb - 2:1 (29:28, 29:28, 27:30). Mehdiyevin yarımfinaldakı rəqibi Ukraynanı təmsil edən Robert Marton olacaq.

66 kq çəki dərəcəsində yarışan Rövşən Musayev də yarımfinalçılar sırasındadır. O, ¼ finalda avstraliyalı Mark Qlevi çətinlik çəkmədən üstələyib - 3:0 (29:28, 30:27, 29:28). Boksçumuz növbəti mərhələdə Tacikistan idmançısı Şahboz Neqmatulloyevlə döyüşəcək.

Qeyd edək ki, yığmamızın 3 üzvü - Ümid Rüstəmov (50 kq), Qüdrət Quliyev (52 kq) və Elşən Qafarlı (48 kq) ¼ finalda uduzaraq, medal qazanmaq şanslarını itiriblər.

Xəbər lenti

Xəbər lenti