...

UEFA-nın prezidenti Mişel Platini Azərbaycana səfərə gələcək

İdman Materials 18 Sentyabr 2013 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək. Trend-in Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Avropa futbol qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Məlumat üçün bildiririk ki, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək. Qeyd edək ki, AFFA tərəfindən bu məqsəd üçün Bakı şəhərinin namizədliyi də irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti