...

AFFA 10000 manatdan artıq pulu necə qazandı?

İdman Materials 24 Sentyabr 2013 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Trend-in AFFA-nın rəsmi saytına istindən verdiyi məlumata görə, İK Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.

Topaz Premyer Liqanın VII turunun "Qəbələ" - "Rəvan" matçında "Rəvan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Qarabağ" - "Simurq" matçında "Simurq"un 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Oyunun 83-cü dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyun 90+3-cü dəqiqəsində "Simurq" klubunun futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə edilib.

AZAL - "Xəzər Lənkəran" matçının 45+1-ci dəqiqəsində AZAL klubunun futbolçusu Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 72-ci dəqiqəsində AZAL klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti