Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
İspaniyanın "Real" klubunun prezidenti Florentino Peres bildirib ki, Fransanın "Pari Sen-Jermen" klubu Karlo Ançelotti ilə müqavilənin vaxtından əvvəl pozulmasına görə ümumilikdə yeddi milyon avro əldə edib. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.
F.Peres bildirib: "Bu məbləğin yarısını PSJ-yə biz, digər yarısını isə Karlonun özü ödəyib".