...

"Beşiktaş" azarkeşsiz qaldı

İdman Materials 26 Sentyabr 2013 23:58 (UTC +04:00)
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Beşiktaş" klubunu 70 min lirə cərimələyib.
"Beşiktaş" azarkeşsiz qaldı

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Beşiktaş" klubunu 70 min lirə cərimələyib.

Trend-in məlumatına görə, bundan başqa, komanda öz meydanında növbəti 4 oyunu azarkeşsiz keçirəcək.

Xatırladaq ki, sentyabrın 22-də Türkiyə çempionatının V turu çərçivəsində keçirilən "Beşiktaş" - "Qalatasaray" matçının uzatma dəqiqələrində qarşıdurma baş vermişdi. "Qalatasaray"ın 2-1 hesabı ilə üstün olduğu oyunun 90+2-ci dəqiqəsində Felipe Melonun qırmızı kart alması tribunalardakı azarkeşləri hərəkətə gətirmişdi. Müdafiə kartonu arxasındakı bir qrup "qara-ağlar" meydançaya daxil olmuş, əllərindəki oturacaqları "Hər yer Taksim, hər yer dirəniş" deyə çağırışlar edərək mühafizə dəstələrinə atmışdılar.

Oyunun yarımçıq saxlanmasına səbəb olan 69 azarkeş sentyabrın 23-də İstanbul polisi tərəfindən saxlanılıb. Həmin azarkeşlər bundan sonra il ərzində Türkiyədəki futbol oyunlarında iştirak edə bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti