...

Hafiz Məmmədov və Droqba bir arada

İdman Materials 17 Oktyabr 2013 16:11 (UTC +04:00)
“Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) “Golden Foot” mükafatının sponsoru olması ilə bağlı xəbər vermişdik.
Hafiz Məmmədov və Droqba bir arada

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) "Golden Foot" mükafatının sponsoru olması ilə bağlı xəbər vermişdik.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Monakoda keçirilən qala-gecədə "Bakı"nın prezidenti Hafiz Məmmədov da iştirak edib.

Həmçinin, "Lans"ın prezidenti Jerve Martel, Monako Knyazı II Albert, əfsanəvi futbolçular Jan Pyer-Papen, Karlos Valderrama və Osvaldo Ardiles, keçmiş telejurnaist Altay Əliyev təqdimetmə mərasiminə qatılıblar.

Qala-gecədən sonra Hafiz Məmmədov "Golden Foot"un qalibi Didye Droqba ilə görüşərək futbolçunu təbrik edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti