...

"Qarabağ" Avropada ən az top buraxan komandalar arasında yeddincidir

İdman Materials 30 Oktyabr 2013 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Ağdamın "Qarabağ" komandası Avropada öz qapısından ən az top buraxan klublar arasında yeddinci yeri tutur.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası keçirdiyi son 10 oyunda qapısından 4 top buraxıb. Bu da orta hesabla 0,36 top deməkdir. Siyahının birincisi isə İtaliyanın "Roma" klubudur. "Roma" 9 matçda cəmi 1 dəfə qapısında top görüb. İtaliya təmsilçisinin əmsalı 0,11-dir. Siyahının ikincisi olan İsrailin "Makkabi" (Təl-Əviv) komandası 7 matça 1 top (0,14), üçüncüsü olan "Lusitanos" (Andorra) komandası isə 5 oyuna 1 top (0,20) buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti