...

“Atletiko” və “Lans”ın “Baku 2015” forması rəsmən təqdim olundu (FOTO)

İdman Materials 23 Noyabr 2013 22:18 (UTC +04:00)
İspaniyanın “Atletiko” (Madrid) və Fransanın “Lans” klubları bundan sonra matçlara yeni forma ilə çıxacaq.
“Atletiko” və “Lans”ın “Baku 2015” forması rəsmən təqdim olundu (FOTO)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

İspaniyanın "Atletiko" (Madrid) və Fransanın "Lans" klubları bundan sonra matçlara yeni forma ilə çıxacaq.

Trend-in məlumatına görə, hər iki komandanın formasının üzərindəki "Land of Fire Azerbaijan" sözləri dəyişdirilib.

"Land of Fire Azerbaijan" 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu və "Baku 2015" sözləri ilə əvəzlənib.

Bununla bağlı bu gün Lans şəhərində formaların təqdimatı keçirilib. Təqdimata qatılan "Lans"ın sahibi və "Atletiko"nun sponsoru Hafiz Məmmədov bu hadisə münasibəti ilə hamını təbrik edib. O, əmin olduğunu bildirib ki, yeni forma hər iki komandaya uğur gətirəcək.

Xəbər lenti

Xəbər lenti