...

Dünyasını dəyişən Azərbaycan şahmatçısı Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn ediləcək

İdman Materials 13 Yanvar 2014 13:12 (UTC +04:00)
Dünyasını dəyişən Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov 3-cü fəxri xiyabanda dəfn ediləcək.
Dünyasını dəyişən Azərbaycan şahmatçısı Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn ediləcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dünyasını dəyişən Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn ediləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 14-də, saat 11.00-dan 15.00-a qədər Bakı Şahmat Mərkəzində mərhumla vida mərasimi keçiriləcək.

Qeyd edək ki, istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib.

V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti