...

Blatter yenidən FIFA prezidenti seçilmək istəyir

İdman Materials 7 Fevral 2014 18:48 (UTC +04:00)
FIFA prezidenti Zepp Blatter ali futbol qurumunun rəhbəri vəzifəsinə keçiriləcək seçkilərdə yenidən iştirak etməyi düşünür.
Blatter yenidən FIFA prezidenti seçilmək istəyir

Azərbaycan, Bakı, 7 fevral /Trend/

FIFA prezidenti Zepp Blatter ali futbol qurumunun rəhbəri vəzifəsinə keçiriləcək seçkilərdə yenidən iştirak etməyi düşünür.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Z.Blatter səhhəti imkan verəcəyi təqdirdə seçkilərə qatılacağını bildirib: "İndiki kimi sağlam olsam, işimi dayandırmağa bir səbəb görmürəm".

FIFA prezidenti vəzifəsinə növbəti seçkilər 2015-ci ildə keçiriləcək. 77 yaşlı isveçrəli artıq 16 ildir ali futbol qurumuna rəhbərlik edir.

Təşkilatın baş katibinin sabiq müavini fransalı Jerom Şampan da namizədliyini irəli sürəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti