...

Nazir Azad Rəhimov Avropa idman nazirlərinin görüşündə çıxış edib (FOTO)

İdman Materials 9 Fevral 2014 17:16 (UTC +04:00)
Fevralın 7-də Rusiyanın Soçi şəhərndə Avropa Şurası idman nazirlərinin qeyri-rəsmi görüşü keçirilib.
Nazir Azad Rəhimov Avropa idman nazirlərinin görüşündə çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Fevralın 7-də Rusiyanın Soçi şəhərndə Avropa Şurası idman nazirlərinin qeyri-rəsmi görüşü keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 50-dək ölkənin idman nazirinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

A.Rəhimov tədbirdə çıxış edərək, Soçi olimpiadasının açılış mərasimi öncəsi həmkarlarına və ölkələrinin nümayəndə heyətlərinə uğurlar arzulayıb.

Gənclər və idman naziri Soçi olimpiadasından sonra Avropada növbəti ən böyük idman bayramının məhz Bakıda yaşanacağını qeyd edərək, qitə idmanında tarixi hadisəyə çevriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinin ən yüksək səviyyədə davam etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti