...

Azərbaycan millisinin futbolçuları "Bakcell"in Məlumat Mərkəzində olublar (FOTO)

İdman Materials 12 Fevral 2014 15:55 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fevralın 10-da "Bakcell" abunəçiləri üçün xoş sürpriz edib.
Azərbaycan millisinin futbolçuları "Bakcell"in Məlumat Mərkəzində olublar (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fevralın 10-da "Bakcell" abunəçiləri üçün xoş sürpriz edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov və müdafiəçisi Mahir Şükürov "Bakcell" şirkətinin Məlumat Mərkəzinə gələrək abunəçilər tərəfindən 555 qısa nömrəsinə edilən zəngləri cavablandırıblar. Əvvəlcə qonaqlar peşəkar operatorlar tərəfindən abunəçi müraciətlərinə baxılması prosesi ilə tanış olublar, kiçik bir təlim keçdikdən sonra isə özlərini operator vəzifəsində sınayıblar və bir neçə zəngi cavablandırıblar.

Millimizin oyunçusu M.Şükürov bildirib: "Məlumat Mərkəzinin necə işlədiyini canlı şəkildə görmək çox maraqlı idi. Özüm operator kimi işlədim və abunəçilərlə danışdım. Gün ərzində müxtəlif insanlarla bu qədər danışmaq asan iş deyilmiş. Amma mən də burada işləməyi bacarardım, çünki çox mehriban kollektiv var, ona görə də vaxtın necə keçdiyini hiss etmirsən".

Vaqif Cavadov deyib: "Mən özüm də məlumat almaq üçün 1-2 dəfə Bakcell Məlumat Mərkəzinə zəng etmişəm. Düşünürdüm ki, operatorların işi asandır, oturub telefonla danışırlar. Özümü operator vəzifəsində sınadım. Zənglərin idarə olunması və bütün sualları cavablandırmaq elə də asan deyilmiş. Hər xasiyyətdə insan zəng edə bilər. Hətta boş vaxtını sərf etmək üçün zəng edib aidiyyəti olmayan suallar verən də olur. Burada çalışan operatorlar çox təmkinli və peşəkardırlar. Onlara uğurlar arzu edirəm".

Fevralın 10-da Məlumat Mərkəzinə zəng edən şanslı abunəçilər millimizin oyunçuları ilə danışmaq, eyni zamanda, hədiyyə qazanmaq şansı əldə ediblər.

Qeyd edək ki, "Bakcell" şirkəti futbol üzrə Azərbaycan milli komandasının sponsorudur.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell" Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində "Bakcell" şirkəti bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, "Mançester Yunayted" azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar. Press-relizlərlə tanış olmaq üçün: www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news)

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti