Azərbaycan, Bakı, 14 mart /Trend/
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Martın 12-də XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin "İnter" - "Neftçi" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 38-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vəasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Rəvan" - "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Araz Naxçıvan" - "Xəzər Lənkəran" matçının 73-cü dəqiqəsində "Araz Naxçıvan" klubunun inzibatçısı Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 4 №-li futbolçusu Alvaro Silva əl ilə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.