Azərbaycan, Bakı, 22 mart /Trend/
Bu gün İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Kardif" - "Liverpul" oyununda 9 qol qeydə alınıb.
Trend-in məlumatına görə, ilk hissə 2:2 hesabı ilə başa çatıb.
İkinci hissəyə liverpullular fəal başlayıblar, artıq 75-ci dəqiqədə hesab 3 top fərqi ilə qonaqların xeyrinə dəyişib - 2:5.
Ev sahibləri bu qollardan birinin əvəzini çıxıblar, lakin Luis Suarez son dəqiqələrdə het-trikə imza ataraq matçda son nöqtəni qoyub - 3:6.
Beləliklə, "Liverpul" 30 oyundan 65 xal toplayaraq ikinci sıradakı mövqeyini möhkəmləndirib.
"Mançester Siti" isə doğma meydanda "Fulhem"i 5:0 hesabı ilə məğlub edib.