...

"Qarabağ" çempionluğunu gerçəkləşdirir, belə getsə, Syomin "Qəbələ"dən qovulacaq

İdman Materials 5 Aprel 2014 20:55 (UTC +04:00)
Bu gün Premyer Liqada 29-cu tura start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub.
"Qarabağ" çempionluğunu gerçəkləşdirir, belə getsə, Syomin "Qəbələ"dən qovulacaq

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Bu gün Premyer Liqada 29-cu tura start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub.

İlk olaraq meydana autsayderlər çıxıb. "Rəvan" öz meydanında "Sumqayıt"ı qəbul edib. Yüksək liqada qalmaq uğrunda mübarizə aparan rəqiblərin oyununun kifayət qədər gərgin keçəcəyi gözlənilirdi. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Digər görüşdə turnir cədvəlinin vahid lideri "Qarabağ" AZAL-ın qonağı olub. Ağdam təmsilçisi son oyunda rəqibinə qalib gəlsə də, Tərlan Əhmədovun yeni baş məşqçi təyin olunduğu komanda "Qarabağ" üçün ən çətin rəqiblərdən sayılırdı. Bu oyunda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası çempionluq yolunda daha bir inamlı addım atıb.

Günün son oyunu Lənkəranda keçiriləcək. Burada yerli "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib. Son vaxtlar hər iki komanda uğursuz zolağa düşdüyündən bugünkü qarşılaşmada tərəflərin qələbə istəyi daha çox olacaqdı. Qarşılaşmada minimal hesabla "Xəzər Lənkəran" qalib gəlib - 1:0.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti