...

Premyer Liqanın növbəti mövsümünün başlama tarixi açıqlandı

İdman Materials 5 İyun 2014 15:59 (UTC +04:00)
Bundan başqa, 2014/2015-ci il mövsümü üçün yay və qış transfer dövrləri açıqlanıb.
Premyer Liqanın növbəti mövsümünün başlama tarixi açıqlandı

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Premyer Liqasının 2014/2015-ci il mövsümünün başlama tarixləri açıqlanıb.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, sayca 23-cü Azərbaycan çempionatının ilk turu 9-10 avqust 2014-cü il tarixlərində start götürəcək.

Bundan başqa, 2014/2015-ci il mövsümü üçün yay və qış transfer dövrləri açıqlanıb.

Yay transfer dövrü: 10 iyun 2014 - 1 sentyabr 2014

Qış transfer dövrü: 5 yanvar 2015 - 2 fevral 2015

Premyer Liqa və I Divizion təmsilçiləri göstərilən dövrlər ərzində heyətlərinə cəlb etdikləri oyunçuları Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti