...

Platini Blatterdən narazıdır: "O, uzun müddət dəstəyimdən yararlanıb"

İdman Materials 12 İyun 2014 18:43 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini bəyan edib ki, FIFA prezidenti seçkilərində Yozef Blatterin namizədliyini dəstəkləməyəcək.
Platini Blatterdən narazıdır: "O, uzun müddət dəstəyimdən yararlanıb"

Azərbaycan, Bakı, 12 iyun /Trend/

UEFA prezidenti Mişel Platini bəyan edib ki, FIFA prezidenti seçkilərində Yozef Blatterin namizədliyini dəstəkləməyəcək. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

M.Platini qeyd edib: "Blatterin yenidən FIFA prezidenti seçilməsinin əleyhinəyəm. O, uzun müddət dəstəyimdən yararlanıb, lakin daha belə olmayacaq".

UEFA prezidenti bu barədə ona şəxsən bildirdiyini qeyd edib: "Fikrimcə, FIFA-ya yeni nəfəs lazımdır. Blatterin yenidən seçilməsi futbolun xeyrinə olmayacaq".

Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər 2015-ci ilin mayında keçiriləcək. Y.Blatter 1998-ci ildən FIFA-ya rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti