...

İsrailli gimnast Bakıdakı Avropa çempionatında liderliyi ələ alıb (ƏLAVƏ OLUNUB)

İdman Materials 14 İyun 2014 14:27 (UTC +04:00)
Yunanıstanlı gimnast Eleni Kelaiditi şənbə günü Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorlar üzrə B qrupunda təsnifat başa çatdıqdan sonra liderdir.
İsrailli gimnast Bakıdakı Avropa çempionatında liderliyi ələ alıb (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub (ilk xəbər saat 12:43-də yayılıb)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Bədəlov/

İsrailli gimnast Lina Aşram şənbə günü Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorlar üzrə B və C qruplarında təsnifat başa çatdıqdan sonra liderdir.

Trend-in məlumatına görə, yarışların ikinci günü yuniyorların A,B, və C qruplarında fərdi təsnifat turnirində idmançılar gürzlər və lentlərlə iki tapşırığı yerinə yetirirlər. Yarışların birinci günü, yəni iyunun 13-də idmançılar top və halqalarla çıxış ediblər.

Ümumilikdə Aşram bütün 4 çıxışın yekunları üzrə 61.065 bal toplayıb. Aşram halqa ilə 15.666 bal, topla - 15.716 bal, gürzlərlə - 15.283 bal, lentlə kompozisiyaya görə isə 14.400 bal toplayıb.

Yunanıstanlı idmançı Eleni Keleadite 59.233 balla ikinci, belçikalı idmançı Anais Kolin isə 56.939 balla üçüncü yerdədir.

Hazırda komanda hesabında birinci yeri 96.815 balı olan Rusiya tutur. Belarus 94.715 balla ikinci, Bolqarıstan 91.348 balla üçüncü yerdədir.

Birincilikdə Azərbaycan komandasının hazırda 61.815 balı var. Azərbaycanlı gimnastlar yuniyorlar arasında А qrupunda keçirilən yarışlarda təmsil olunurlar və bu gün onların çıxışları gözlənilir. Dünənki çıxışların yekunlarına görə, Jalə Piriyeva 31.466 bal toplayıb: 16.100 bal halqa və 15.366 bal top ilə kompozisiyaya görə. Bununla da birinci gün А, В və С qrupundakı çıxışlardan sonra liderliyi qoruyub saxlayıb.

А qrupunda çıxış edən digər aparıcı idmançımız Züleyxa İsmayılova hakimlərdən 30.349 bal alıb: halqa və topla çıxışlara görə müvafiq olaraq 15.083 və 15.266 bal.

İyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatıbaşlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Dünən seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirdikləri qrup komandalarının yarışında azərbaycanlı gimnastlar altıncı yeri turublar. Yekunda Azərbaycan yığması 34.050 bal toplayıb. Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 36.566 balla qiymətləndiriblər. İkinci yerdə 34.749 balla İtaliya, üçüncü yerdə isə 34.383 balla İsrail komandaları qərarlaşıb.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti