...

Rusiya gimnastlarına dəstək qrupu: Bakıdakı Avropa çempionatı gözəl təşkil edilib

İdman Materials 15 İyun 2014 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir A.Bədəlova/

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında həmvətənlərinə azarkeşlik etmək üçün paytaxtımıza gəlmiş Rusiya gimnastlarına dəstək qrupu yarışların təşkilindən çox razıdır. Bunu Trend-ə Rusiya gimnastlarına dəstək qrupunun nümayəndələrindən biri Mariya Titova deyib.

Onun sözlərinə görə, hər şey çox yaxşıdır: "Çempionat gözəl təşkil edilib".

M.Titova, xüsusilə, çempionatın keçirildiyi Milli Gimnastika Arenasını qeyd edib: "Arena çox gözəldir. Biz müxtəlif çempionatlarda oluruq. Ötən illər ərzində dünya və Avropa çempionatlarında iştirak etmişik. Hamımız dəstək qrupundayıq, bizi yarışa gətirirlər və biz də gimnastlarımıza azarkeşlik edirik".

O, bütün idmançılara uğurlar arzulayıb: "Qoy, güclü olan qalib gəlsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti