Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir Ulucay Akif/
"Real" (Madrid) yenicə transfer etdiyi Xames Rodriqesin formasının satışından 26 milyon avro qazanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, iki gün ərzində kolumbiyalı oyunçunun 345 min ədəd forması satılıb.
Qeyd edək ki, X.Rodriqesin saatda 7187 forması satılır. O bu gedişlə forma satışına görə Kriştiano Ronaldonu geridə qoya bilər. Bu vaxtadək potuqaliyalı ulduzun 1 milyondan çox forması satılıb.
Xatırladaq ki, X.Rodriqez İspaniya klubu ilə 6 illik müqavilə imzalayıb. 80 milyon avroya transfer edilən futbolçunun ilə 7 milyon avro qazanacağı deyilir.
X.Rodriqes vurduğu 6 qolla cari dünya çempionatının ən məhsuldar oyunçusu olub.