...

Azərbaycanın futbol klublarının UEFA-dakı mövqeyi açıqlandı

İdman Materials 8 Avqust 2014 15:17 (UTC +04:00)
450 komandanın yer aldığı reytinqdə ölkəmizdən yeddi komanda var.
Azərbaycanın futbol klublarının UEFA-dakı mövqeyi açıqlandı

Azərbaycan, Bakı, 8 avqust /Trend/

UEFA Avropa kuboklarında yarışan klubların yeni reytinq siyahısını açıqlayıb.

Trend-in məlumatına görə, qurumun rəsmi saytında dərc olunan reytinqdə son beş mövsümdə (2010/11, 2011/12, 2012/13, 2013/14, 2014/15) qitə miqyaslı turnirlərdə mübarizə aparan Azərbaycan klublarının adı da daxil edilib.

450 komandanın yer aldığı reytinqdə ölkəmizdən yeddi komanda var.

Hələlik ən yaxşı göstərici Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Neftçi" və "Qarabağ"a məxsusdur. Bakı təmsilçisi UEFA-nın özünün rəsmən açıqladığı son reytinqlə müqayisədə 1 pillə geriləyərək 191-ci pilləyə, Çempionlar Liqasında "Zalsburq"a uduzaraq turnirdə çıxışını başa vuran "Qarabağ" isə 2 pillə geriləyərək 216-ci pilləyə düşüb.

Ümumilikdə, komandalarımızın UEFA reytinqindəki mövqeyi aşağıdakı kimidir:

191. "Neftçi" (-1)
216. "Qarabağ" (-2)
263. "İnter" (+17)
300. "Xəzər Lənkəran" (-14)
344. "Bakı" (-7)
374. "Qəbələ" (+7)
375. AZAL (-8)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti