...

AFFA "Neftçi"yə rəhm etdi

İdman Materials 15 Avqust 2014 15:06 (UTC +04:00)
Müzakirələrdən sonra oyunçu ilə bağı verilən qərar qismən dəyişdirilib.
AFFA "Neftçi"yə rəhm etdi

Azərbaycan, Bakı, 15 avqust /Trend/

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.

Trend-in qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda "Neftçi"nin futbolçusu Elvin Yunuszadə barədə müraciətə baxılıb.

Müzakirələrdən sonra oyunçu ilə bağı verilən qərar qismən dəyişdirilib.

Elvin Yunuszadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılıb, digər 2 matçlıq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Elvin Yunuszadə rəqibə aqressiv hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacağı bildirilib.

Qeyd edək ki, E.Yunuszadə ötən mövsüm Azərbaycan Premyer Liqasının sonuncu turunda "Simurq"la matçda aqressiv hərəkət etdiyinə görə 4 oyunluq cəzalandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti