...

Azərbaycan Olimpiya Oyunlarında medal qazanmış 86 ölkə arasında 10-cu yeri tutub

İdman Materials 28 Avqust 2014 14:00 (UTC +04:00)
Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər.
Azərbaycan Olimpiya Oyunlarında medal qazanmış 86 ölkə arasında 10-cu yeri tutub

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst güləş/yunan-Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub.

Ölkəmiz Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında isə 1-ci yerdədir.

21 idmançıdan 12 idmançı Vətənə medalla qayıdır.

Qızıl medal alan idmançılar:

1. Səid Quliyev (73 kq) - taekvondo
2. İslambek Dadov (69 kq) - yunan-Roma
3. Rüfət Hüseynov (49 kq) - boks
4. Teymur Məmmədov (63 kq) - sərbəst güləş
5. İqbal Hacızadə (100 kq) - sərbəst güləş

Gümüş medal:

1. Leyla Əliyeva (44 kq) - cüdo
2. Natiq Qurbanlı (55 kq) - cüdo
3. Ceren Ozbek (44 kq) - taekvondo
4. Boris Yotov (1 nəfərlik qayıq) - avarçəkmə
5. Cabbar Nəcəfov (50 kq) - yunan-Roma güləşi
6. Leyla Qurbanova (52 kq) - qadın güləşi

Bürünc:

Nazim Babayev - (3 təkanla tullanma) atletika

Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına nəzər salsaq, bu oyunlarda Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə iştirak edib. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-cü yeri tutub. Eyni zamanda, Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olub, ümumi hesabda İslam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında isə 3-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti