...

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək (FOTO)

İdman Materials 29 Avqust 2014 18:59 (UTC +04:00)
Azərbaycan pilotları avqustun 30-31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək 3-cü Beynəlxalq Ardeşen "Offroad" Yarışlarında iştirak edəcəklər.
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycan pilotları avqustun 30-31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək 3-cü Beynəlxalq Ardeşen "Offroad" Yarışlarında iştirak edəcəklər.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, federasiyanın dəstəyi ilə milli komandamız bu yarışda rəqib heyətlərlə mübarizə aparacaq.

3-cü Beynəlxalq Ardeşen "Offroad" Yarışlarında Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistan pilotları mübarizə aparacaqlar.

Xatırladaq ki, 2012-ci ildə keçirimiş 2-ci Beynəlxalq Ardeşen "Offroad" Yarışlarında Azərbaycan ekipajı gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti