Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə oyunlarının ikinci mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Trend-in məlumatına görə, Yunanıstan yığması ilə qarşılaşan millimiz 6:3 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Sabir Allahquliyev het-trik edib. Hərəyə 1 dəfə Zeynal Zeynalov, Amid Nəzərov və Orxan Məmmədov fərqləniblər.
Xatırladaq ki, bu mərhələdə keçirdiyi əvvəlki oyunlarda millimiz İngiltərə yığmasına 4:5, İsveçrə komandasına 2:4, Macarıstan mililisinə isə 3:4 hesabı ilə məğlub olub.