...

Bakı 2015 Avropa Oyunları boks və güləş üzrə Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq

İdman Materials 10 Oktyabr 2014 14:21 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları boks və güləş üzrə Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq.
Bakı 2015 Avropa Oyunları boks və güləş üzrə Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bakı 2015 Avropa Oyunları boks və güləş üzrə Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq.

BAOƏK-dən Trend-ə verilən məlumata görə, bu idman növləri üzrə yarışlar ilk Avropa Oyunlarında yarışların yüksək standartını təmin edərək idmançılara Olimpiya Oyunları üçün kvalifikasiyaya doğru irəliləmək şansı verəcək.

Ümumilikdə Bakı 2015-in 20 idman növündən 11-i Braziliyada keçiriləcək növbəti Olimpiya Oyunları üçün kvalifikasiya təklif edir.

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki demişdir: "Boks və güləşin Rio 2016 Oyunlarına kvalifikasiya qazanmasının təsdiqlənməsi Bakı 2015-in idman proqramının düzgün istiqamətdə inkişafının göstəricisidir və bu məni çox sevindirir.

Avropa Olimpiya Komitələrinin Avropa Oyunlarına aid konsepsiyasının bir hissəsinə görə idmançıların özlərini daha yüksək səviyyədə sınamaları üçün elit idman yarışları yaradılmalı idi və Bakı 2015 bunu etdi".

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: "Olimpiya Oyunlarının kvalifikasiya prosesinin bir hissəsi kimi ilk Avropa Oyunlarında belə çox sayda beynəlxalq idman federasiyalarının iştirak etməsi faktı Azərbaycanda nə dərəcədə yüksək keyfiyyətli idman tədbirinin olacağının sübutudur.

Avropa Olimpiya Komitələri və Prezident Patrik Hikki bizim ən güclü idmançılarımızın qarşıdakı illərin Olimpiya Oyunları üçün öz şanslarını doğrultmaları baxımından bu böyük, multi-idman yarışının bütün qitə üçün mühüm olacağına əmindirlər".

Bakı 2015-in Boks yarışlarında kişilər arasında 10 çəki kateqoriyasının hər biri üzrə medal qazanan idmançı AIBA 2015 dünya boks çempionatında iştirak üçün yer qazanacaq. Yarışların ən yüksək dərəcəli boksçuları öz Milli Olimpiya Komitələri adından Rio 2016-da iştirak etmək hüququ qazanacaqlar.

Güləş üzrə avropalı lidmançılar və Milli Olimpiya Komitələri Rio 2016 üçün özlərinin kvalifikasiya proseslərinin bir hissəsi kimi Bakı 2015 Avropa Oyunlarının yarışlarında iştirak etməlidirlər.

Bakı2015-in İdman şöbəsinin direktoru Pirs O'Kallahan demişdir: "Avropa Federasiyaları Avropa Oyunlarının konsepsiyasının tamamilə tərəfdarıdır. Bizim proqramımızın 16 Olimpiya idman növündən 11-nə növbəti Olimpiya Oyunlarında iştirak üçün kvalifikasiya imkanlarının verilməsi Bakıda dünya miqyaslı yarışların olacağına işarədir.

İlk Avropa Oyunlarının ən məşhur idman növlərindən ikisi Boks və Güləş olacaq, odur ki, idmançıların çoxunun Rio 2016-ya doğru yollarına məhz buradan başlayacaqlarını bilmək çox xoşdur".

Rio 2016 üçün kvalifikasiya imkanları təklif edən 11 idman növünə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildi.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti