...

Çövkən üzrə 3-cü Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu

İdman Materials 23 Oktyabr 2014 17:57 (UTC +04:00)
Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən üzrə 3-cü Azərbaycan çempionatı davam edir.
Çövkən üzrə 3-cü Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən üzrə 3-cü Azərbaycan çempionatı davam edir.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarışın ilk günü "Ağdam" komandası "Kövsər"i 1:0 hesabı ilə məğlub etmişdi. "Balakən" təmsilçiləri isə "Laçın" komandasını mübarizədən kənarlaşdırmışdı.

Turnirin 2-ci günü keçirilməli olan "Ağcabədi" - "Polad" oyununda Ağcabədi komandasına texniki məğlubiyyət verilib. "Sərhədçi" komandası isə "Ağstafa" kollektivindən güclü olub - 3:0.

Beləliklə, oktyabrın 24-də keçiriləcək yarımfinal qarşılaşmalarında "Ağdam" "Polad" komandası ilə, "Sərhədçi" isə "Balakən"lə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti