Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Madrid "Real"ı klubun baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Trend-in məlumatına görə, tərəflər yeni müqavilənin şərtləri üzərində işləyirlər.
Sənədin ilin sonunadək imzalanacağı gözlənilir. Müqavilənin şərtlərinə əsasən, italiyalı mütəxəssis 2017-ci il iyunun 30-dək "Real"ın sükanı arxasında olmalıdır.
Qeyd edək ki, 2013-cü ildən kluba rəhbərlik edən K.Ançelotti komanda ilə Çempionlar Liqası, UEFA Super Kuboku və İspaniya Kubokunu qazanıb.