...

Robben Hollandiyada birinci oldu

İdman Materials 17 Dekabr 2014 12:12 (UTC +04:00)
Hollandiyada bu ilin ən yaxşı idmançısı müəyyənləşib.
Robben Hollandiyada birinci oldu

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Hollandiyada bu ilin ən yaxşı idmançısı müəyyənləşib.

Trend-in xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Hollandiya millisinin və "Bavariya"nın futbolçusu Aryen Robben ölkəsinin ən yaxşısı seçilib. Bununla da o, 27 ildən sonra bu ada layiq görülən ilk futbolçu olub.

Qeyd edək ki, 1987-ci ildə keçmiş futbolçu Ruda Qullita ən yaxşı idmançı seçilmişdi.

Xatırladaq ki, A.Robben bu il "Bavariya" ilə bundesliqanı və Almaniya kubokunu qazanıb. 30 yaşlı oyunçu Hollandiya millisi ilə "DÇ-2014"də üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti